Etherium bahalaşaraq "Bitcoin"i üstələdi

10:02 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Etherium (ETH) qiymətləri ötən həftə təxminən 16% artaraq, eyni müddətdə ən populyar kriptovalyuta Bitcoin-in gəlirliliyini iki dəfə üstələyib.

ABC.AZ xəbər verir ki, kapitalizasiya baxımından ikinci ən böyük kriptovalyuta – ETH qiymətinin artması ilə birlikdə orta komissiya haqları da bir neçə dəfə yüksəlib.

Son həftə ərzində Etherium-un kotirovkaları təxminən 8% Bitcoin-i qabaqlayıb. 18 sentyabr tarixindəki yerli minimumdan etibarən ETH/BTC nisbəti 0.0385-dən 0.0415-ə yüksəlib ki, bu da 2024-cü ilin may ayından bəri ən güclü hərəkətlərdən biridir.