14:39 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Qarşıdakı 3 ildə Azərbaycanın neft-qaz gəlirləri azalacaq, qeyri/neft-qaz gəlirləri artacaq.
ABC.AZ xəbər verir ki, bu, 2025-ci il və növbəti üç il üzrə icmal və dövlət büdcəsi barədə proqnoz hesabatda əksini tapıb.
Hesabatdakı rəqəmlərdən belə aydın olur ki, əgər 2024-cü ildə Azərbaycanın neft-qaz gəlirləri 17 milyard 769 milyon manat proqnozlaşdırılırsa, 2025-ci ildə 17 milyard 73 milyon, 2026-cı ildə 16 milyard 767 milyon, 2027-ci ildə 16 milyard 555,4 milyon, 2028-ci ildə 15 milyard 761,2 milyon manat proqnozlaşdırılır. Başqa sözlə, 2024 və 2028-ci illər müqayisə edilərsə, neft-qaz gəlirlərində 2 milyard 7,8 milyon manat, yəni 11,3 faiz azalma gözlənilir.
Qeyri/neft-qaz gəlirləri isə 2024-cü ildə 18 milyard 619 milyon manat proqnozlaşdırılırsa, 2025-ci ildə 19 milyard 543 milyon, 2026-cı ildə 21 milyard 356,3 milyon, 2027-ci ildə 22 milyard 596,5 milyon, 2028-ci ildə 23 milyard 992,4 milyon manat proqnozlaşdırılır. Başqa sözlə, 2024 və 2028-ci illər müqayisə edilərsə, qeyri/neft-qaz gəlirləri gəlirlərində 5 milyard 373,4 milyon manat, yəni 28,8 faizdən çox artım gözlənilir.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026