Avqustda Türkiyədə ən çox mənzil alanlar yenə də ruslar olub

12:34 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 517 mənzil alıblar, bunun da 90-ı avqustda olub.

ABC.AZ Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə olaraq 27 mənzil (5%) azdır. Ötən ilin avqust ayı ilə müqayisədə isə 15 mənzil (20%) çoxdur. Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-avqust aylarında Türkiyədə xarici vətəndaşlara 15 200 mənzil (il ərzində 10 124 ədəd və ya 40 % azalıb) satılıb. Təkcə avqust ayında ölkədə 2 271 xarici vətəndaş (807 ədəd və ya 26,2 % az) mənzil sahibi olub.

Avqustda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 381 mənzil (352 mənzil və ya 48,03 % az) satılıb. Bu ilin 8 ayında isə rusiyalılar bu ölkədə 3 289 mənzil (4 672 ədəd və ya 2,4 dəfə az) alıblar.