15:10 - 16.09.2024
16 sentyabr, Fineko/abc.az. Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində ilk Anlaşma Memorandumu imzalayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə AR kənd təsərrüfatı naziri Məcnun Məmmədov yazıb.
Memorandumda elmi və texnoloji innovasiyaların təşviqi, təcrübə mübadiləsi, müştərək müəssisələrin yaradılması, qarşılıqlı investisiya qoyuluşu və digər əməkdaşlıq formaları nəzərdə tutulur. Sənəd ikitərəfli ticarətin və aqrobiznes investisiyalarının təşviqinə mühüm töhfə verəcək.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026