Hərracda valyutaya tələbat 1,9% artıb

14:21 - 22.08.2024


22 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, avqustun 22-də keçirilən valyuta hərracında bankların tələbi 76,2 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 1,4 milyon dollar (1,9%) çoxdur.

Avqustun 20-də keçirilən valyuta hərracında AMB banklara 74,8 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.