16:45 - 31.08.2026
31 avqust, Fineko/abc.az. Yaxın Şərqdə davam edən hərbi münaqişənin 6-cı ayında ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən intensivləşməsi fonunda dünya bazarında neft qiymətləri 3%-dən çox artım nümayiş etdirib.
Ticarət əməliyyatlarının gedişində "Brent" markalı xam neftin fyuçersləri 3.26% (2.87 dollar) bahalaşaraq bir barel üçün 90.97 dollara yüksəlib. ABŞ-ın "WTI" (West Texas Intermediate) markalı neftinin qiyməti isə 3.49% (2.91 dollar) artaraq bir barel üçün 86.31 dollar təşkil edib.
Qiymət artımına ABŞ silahlı qüvvələrinin Hörmüz boğazında yerləşən Larək adasındakı iki İran raket qurğusuna zərbə endirməsi səbəb olub. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İordaniyadakı iki hərbi hava bazasına hücum etdiyi bildirilir.
Analitiklər qeyd edirlər ki, hərbi əməliyyatların bərpası və neft tədarükündə mümkün kəsintilərlə bağlı narahatlıqlar bazara birbaşa təsir göstərir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026