16:43 - 31.08.2026
31 avqust, Fineko/abc.az. “FINCA Azerbaijan” BOKT işçilərini ixtisar etməkdə davam edir.
ABC.AZ-ın məlumatına görə, 2026-cı ilin II rübünün sonunda BOKT-da işçilərin sayı 283 nəfər olub.
2025-ci ilin eyni dövründə bu göstərici 332 nəfər təşkil edib.
Beləliklə, son bir ildə “FINCA Azerbaijan”da işçilərin sayı 49 nəfər və ya 14,8% azalıb.
Hesabatlar göstərir ki, işçilərin sayında azalma ardıcıl olaraq davam edib. Belə ki, 2025-ci ilin I rübünün sonunda təşkilatda 341, II rübdə 332, III rübdə 306, IV rübdə isə 299 işçi çalışıb. 2026-cı ilin I rübündə işçilərin sayı 290-a, II rübdə isə 283-ə enib.
Beləliklə, 2025-ci ilin əvvəlindən 2026-cı ilin II rübünün sonunadək “FINCA Azerbaijan”da işçilərin sayı 58 nəfər və ya 17% azalıb.
©Plat.az
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026