11:44 - 22.08.2024
22 avqust, Fineko/abc.az. Son bir ildə beynəlxalq birjalarda qızıl qiymətlərinin artması qızıl zərgərlik qiymətlərinin artmasına da səbəb olub.
ABC.AZ xəbər verir ki, son bir ildə xalis qızılın qiyməti 30%-dən çox artıb. Belə yüksək qiymət artımı ilə əlaqədar Azərbaycanda pərakəndə satılan zərgərlik məmulatlarının qiyməti nəzərəçarpacaq dərəcədə artıb.
Daxili bazarın məlumatına görə, son bir ildə Azərbaycanda 750 əyarlı 5 qram qızılın qiyməti 26-35% aralığında artıb.
Xarici ekspertlərin proqnozlarına görə, qızılın qiyməti ən azı bu ilin sonuna qədər artacaq. Artım tendensiyası qızılın pərakəndə satış qiymətlərində daha yüksək artıma gətirib çıxarır.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026