14:21 - 21.08.2024
21 avqust, Fineko/abc.az. 2024-cü ilin 1-ci yarısında (yanvar-iyul) Bank "BTB" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. Bankın səhmdarları 3 fiziki şəxsdir.
ABC.AZ xəbər verir ki, Bankda ən böyük paya malik səhmdar olan Mehdiyeva Nigar İsmayıl qızının payı daha da artıb.
Belə ki, 2023-cü ilin sonunda Mehdiyevanın payı 74,99% ikən, 30 iyun 2024-cü il tarixində 76,74% təşkil edib.
Sadiq Rza İsmayıl oğlunun payı isə 19,01%-dən 17,68%-ə, Mahmudova Tükazban Ağa qızının payı isə 6%-dən 5,58%-ə düşüb.
Qeyd edək ki, 2024-cü ilin yazında Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 66 milyon 450 min manatdan 71 milyon 450 min manata yüksəldilib. (Marja.az)
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026