12:12 - 17.08.2018
17 avqust, Fineko/abc.az. Azərbaycanda yanvar-iyul aylarında 1 milyon 505,2 min sərnişin dəmir yolu nəqliyyatından istifadə edib.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, sərnişin daşınmasında artım, keçən ilin analoji dövrü ilə müqayisədə, 6,2% təşkil edib.
“Həmçinin hesabat dövründə orta hesabla sutkada 340 vaqon yüklənib, 399 vaqon isə boşaldılıb”, - məlumatda belə deyilir.