Balans kapitalı ən çox artan Banklar - SİYAHI

17:08 - 19.07.2024


19 iyul, Fineko/abc.az. Azərbaycanda balans kapitalı ən çox böyüyən bankların adları məlum olub.

ABC.AZ xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Yelo Bank"da 11,1% olmaqla qeydə olunub.

Məbləğ ifadəsi ilə bankın balans kapitalı 26,4 milyon manat həcmində artıb.

"Yelo Bank"dan sonra artıma görə ikinci yerdə 20,2% və ya 27,7 milyon manat göstərici ilə "AccessBank" gəlir.

Balans kapitalını 16,6% və ya14 milyon manat artıran "Azər-Türk Bank" üçüncüdür.

"Bank BTB"nin kapitalı ötən ilin sonu ilə müqayisədə 11,1% və ya 1 milyard 5,3 milyon manat dəyərində artıb.

"Bank Respublika"nın balans kapitalında 9,7% və ya 15 milyon manat artım baş verib.

Siyahıda 6-cı yerdə 8,4 % (3,4 milyon manat) artımla "Bank Melli İran" Azərbaycan filialı yer alıb.

İlk onluqda digər 4 bank "Ziraat Bank Azərbaycan" (9,2 milyon manat və ya 7,8%), "Kapital Bank" (56,6 milyon manat və ya 6,2%), "Expressbank" (7,3 milyon manat və ya 5,7%) və "bank VTB Azərbaycan" (5 milyon 11 min manat və ya 5,5%) olub.