Rusiyanın tanınmış bankı rebrendinq etdi

16:18 - 5.07.2024


5 iyul, Fineko/abc.az.  Rusiya bankı Tinkoff Bank  rəsmi olaraq adını T-Bank olaraq dəyişib.

ABC.AZ xəbər verir ki, eyni zamanda, bank qrupuna daxil olan sığorta şirkətinin, brokerin, mobil operatorun, eləcə də lifestyle - xidmətlərinin adının dəyişdirilməsi planlarını açıqlayıb.

Bank həmçinin bildirib ki, brendin rəng diapazonu, vizuallaşdırma vasitələrinin əhəmiyyətli hissəsi və “O, yeganədir” şüarı qorunub saxlanılır.

T-Bank Tinkoff Bank müştəriləri tərəfindən buraxılan məhsullar, xüsusən də kartlar üzrə bütün T-Bank öhdəliklərini özündə saxlayır.