12:21 - 2.07.2024
2 iyul, Fineko/abc.az. İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Bayram oğlu Əhmədovun vəzifəsindən ayrıldığı bildirilir.
ABC.AZ-ın məlumatına görə, onun “Azərbaycan Sənaye Sığorta” ASC-nin Müşahidə Şurasına sədr təyin edildiyi xəbəri yayılıb.
Rəşad Əhmədov 2018-ci ilin iyun ayından indiyə kimi İcbari Sığorta Bürosunda icraçı direktor kimi çalışıb.
Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD).
O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri, 2018-ci ilin yanvar ayından iyun ayına kimi Müşahidə Şurasının üzvü olub.