12:17 - 25.06.2024
25 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-may ayında Azərbaycanda sığorta yığımlarının həcmi 643 milyon 754 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 274 milyon 837 min manat olub ki, bu da 58% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 566 milyon 434 min manat, sığorta ödənişlərinin həcmi isə 174 milyon 436 min manat olub.
27 İyul 2026
27 İyul 2026