12:23 - 11.06.2024
11 iyun Fineko/abc.az. "Əmanətlərin sığortalanması haqqında" qanuna investisiya şirkətləri üzrə yatırımların sığortalanması ilə bağlı dəyişiklik layihəsi hazırlanıb.
ABC.AZ "Report"a istinadla xəbər verir ki, bunu "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədr müavini Rauf Qurbanov bildirib.
"Hazırda qanun layihəsi müvafiq tərəflərlə müzakirə olunur. Nəzərdə tutulan dəyişiklik, investisiya şirkəti iflas olarsa, onun müştərilərinin aktivlərinin bərpası ilə əlaqədardır. Qiymətli kağızların emitentinin iflası nəticəsində müştərilərin investisiyalarının sığortalanması isə nəzərdə tutulmur", - deyə o qeyd edib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026