15:34 - 10.06.2024
10 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycana 9 818 aviareys təşkil olunub.
ABC.AZ Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş olub – 2 928 reys. Bu da 1 il əvvələ nisbətən 11,6% çoxdur.
Təkcə mayda isə Azərbaycana 2 228 aviareys təşkil olunub. Bu, illik müqayisədə 23,4 % çoxdur. Ötən ay Rusiyadan isə 689 uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur.
Hesabat dövründə Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 2 083 uçuş olub ki, bu da illik müqayisədə 10,2 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 231 reyslə (+38,6 %) daxil olub.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026