12:30 - 10.05.2024
10 may, Fineko/abc.az. İyunun sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq.
ABC.AZ xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşadakı “ASAN xidmət” mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək:
“Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək”.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026