12:33 - 3.05.2024
3 may, Fineko/abc.az. World Airport Awards mükafatı regionların ən təmiz hava limanlarını qeyd edib.
ABC.AZ xəbər verir ki, Amerikada Vankuver, Cənubi Amerikada Quito (Ekvador), Mərkəzi Amerikada və Karib hövzəsi ölkələri sırasında Kosta Rikanın Xuan Santamaria Beynəlxalq Hava Limanı qeyd edilib.
Afrikada ən təmiz hava limanı kateqoriyasında Keyptaun hava limanı, Avstraliya/Sakit Okean Regionunda Brisben, Çində Şanxay Hongqiao hava limanı, Mərkəzi Asiyada Heydər Əliyev adına Azərbaycan Hava Limanı (Bakı), Banqalor isə Hindistan və Cənubi Asiyadakı hava limanları qeyd edilib.
14 Avqust 2026
14 Avqust 2026