"Zeytun Pharmaceuticals" MMC 2 min manat cərimələnə bilər

14:30 - 2.05.2024


2 may, Fineko/abc.az. "Zeytun Pharmaceuticals" MMC-yə ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin  452.3-cü maddəsi ilə irəli sürülüb.

Həmin məcəllənin 452.3-cü maddəsinə görə  aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Rayon  Məhkəməsində hakim Aygün Qurbanovun icraatındadır.