15:50 - 1.05.2024
1 may, Fineko/abc.az. Ötən ay ölkədən çıxışına qadağa qoyulan 495 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, eyni zamanda, ölkəyə girişinə qadağa qoyulan 15 nəfərin isə Azərbaycana daxil olmasına icazə verilməyib.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.