10:28 - 30.04.2024
30 aprel, Fineko/abc.az. "TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.
ABC.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat dərc edib. Nəşrin yazdığına görə bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.
“Bu, istisna deyil”- deyə, o bildirib. Von der Leyen xatırladıb ki, AK öz işçilərinə iş telefonlarına “TikTok” quraşdırmağı qadağan edən dünyada ilk təşkilat olub.
Keçən həftə “TikTok” istifadəçilərin mükafatlandırma proqramını dayandırıb. Bu addıma səbəb Avropa Komissiyasının növbəti xəbərdarlığı olub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026