12:25 - 18.04.2024
18 aprel, Fineko/abc.az. Türkiyə Ankaranın İsraillə ticarətə tətbiq etdiyi anti-İsrail sanksiyalarının təsiri barədə məlumat yayıb.
ABC.AZ xəbər verir ki, Türkiyənin ən iri gəmiçilik şirkətlərindən biri olan Mahmut İşıkın (Medkon) sözlərinə görə, sanksiyaların tətbiq edildiyi tarixdən, yəni, aprelin 9-dan etibarən İsrailə dəniz daşımalarının həcmi 30% azalıb. Türkiyədən İsrailə ixrac 90% dəniz yolu ilə həyata keçirildiyinə görə, ixrac 27% azalıb.