15:27 - 6.04.2024
6 aprel, Fineko/abc.az. Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 620min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 180 min manat və ya 41% çoxdur. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 440 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 20 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 min manat və ya 9%azdır. Əvvəlki ilin eyni dövründə 22 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.
3 Avqust 2026
4 Avqust 2026