Zaxarova Ermənistanın maddi itkilərlə üzləşəcəyini deyib

17:41 - 3.04.2024


3 aprel, Fineko/abc.az. Moskva təəssüflə qeyd edir ki, İrəvan Ermənistanda "Mir" kartlarının fəaliyyət göstərməsi məsələsində Qərbin təzyiqinə məruz qalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü brifinqdə bildirib.

Diplomat həmçinin qeyd edib ki, "Mir" kartlarının işinin dayandırılmasının xərcləri Ermənistan üçün mümkün Qərb məhdudiyyətlərindən daha yüksək olacaq.
"Ölkə iqtisadiyyatı ciddi itkilərə məruz qalacaq. Ölkə vətəndaşları ciddi narahatçılıqla üzləşəcəklər, - Zaxarova qeyd edib. - Rusiyada işləyən ermənilərin vətənlərinə pul köçürməsi çətinləşəcək. Turistlər kartla ödəmə qabiliyyətini itirəcəklər. Bunun Ermənistan iqtisadiyyatına necə zərbə vuracağına dair başqa nümunələr də var".