12:15 - 29.03.2024
29 mart, Fineko/abc.az. Ötən il Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyaların məbləği 3,1 milyard dollar təşkil edib.
ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.
“Azərbaycandan birbaşa investisiyaların məbləğinə görə ilk üçlükdə Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) olub”, - deyə department direktoru vurğulayıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026