"Bakı Sığorta”nın cəmi aktivləri azalıb - Şirkət ötən il vergi ödəməyib

11:35 - 29.03.2024


29 mart, Fineko/abc.az. "Bakı Sığorta” ASC 2023-cü ili 556 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə sığorta şirkətinin mənfəəti 103 min manat olub ki, bu da illik müqayisədə 5.4 dəfə artım deməkdir.

Ötən il “Bakı Sığorta”nın cəmi gəlirləri 7 milyon 663 min manat (əvvəlki ilə nisbətən 9% çox), cəmi xərcləri 7 milyon 107 min manat (əvvəlki ilə nisbətən 2.5% çox) təşkil edib, mənfəət vergisi ödəməyib.

Hesabat dövründə “Bakı Sığorta”nın cəmi aktivləri 12 milyon 244 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4% azalma deməkdir. Sığorta şirkətinin cəmi kapitalı 7% artaraq 8 milyon 512 min manat təşkil edib.

2022-ci ildə “Bakı Sığorta”nın hesabladığı sığorta haqları 6 milyon 342 min min manat ikən, ötən il 4 milyon 952 min manata düşüb.