10:20 - 27.03.2024
27 mart, Fineko/abc.az. Azərbaycanda kosmetika və parfumeriya mağazalar şəbəkəsi olan “Adore Kompani” MMC nizamnamə kapitalını azaldıb.
ABC.AZ xəbər verir ki, şirkət nizamnamə kapitalını 8 769 500 manat və ya 98.9% azaldılaraq 100 000 manata endirilib.
Bundan öncə şirkətin nizamnamə kapitalı 8 869 500 manat idi.
“Adore Kompani” MMC “Sabina” və “Adore” brendi altında öz fəaliyyət göstərir.
“Adore Kompani” 2020-ci ilə qədər “İdeal Kompani” MMC kimi qeydiyyatda idi.