Dünyanın ən bahalı brendləri - Siyahı

16:32 - 15.03.2024


15 mart, Fineko/abc.az. 2024-cü ildə dünyanın 100 ən dəyərli brendin ümumi dəyəri təxminən 5.2 trilyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Brand Finance” konsaltinq şirkəti məlumat yayıb.

Qeyd edilib ki, brendlər səhm dəyərini artırmaqda mühüm rol oynayır və “Brand Finance” onların dəyərini hesablayıb.

Brend dəyəri dedikdə, bazar kapitallaşması nəzərdə tutulmur. Məsələn, dünyanın ən qiymətli brendi “Apple”dir. Şirkətin brend dəyəri 516.6 milyard dollar, kapitallaşması isə 3 trilyon dollardır.

Dünyanın ən dəyərli brendləri arasında ümumi dəyəri 3.2 trilyon dollar olan 100 şirkətdən 51-i ABŞ-ın payına düşür. Sonrakı yerdə ümumi dəyəri 829.9 milyard dollar olan 19 brendlə Çin gəlir. Öz növbəsində Almaniyanın payına 8 brend (347.1 milyard dollar), Yaponiyanın – 6 (200.2 milyard dollar), Cənubi Koreyanın isə 4 brend (182.4 milyard dollar) düşür.

Beləliklə, dünyanın ən bahalı brendləri:

Apple – 516.6 milyard dollar

Microsoft – 340.4 milyard dollar

Google – 333.4 milyard dollar

Amazon – 308.9 milyard dollar

Samsung – 99.4 milyard dollar

Walmart – 96.8 milyard dollar

TikTok – 84.2 milyard dollar

Facebook – 75.7 milyard dollar

Deutsche Telekom – 73.3 milyard dollar

ICBC – 71.8 milyard dollar