17:12 - 12.03.2024
12 mart, Fineko/abc.az. Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri (BTC) marşrutu üzrə tranzitinin həcmləri illik 2.2 milyon tona qədər artırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin məlumatında bildirilir.
Məlumata görə, martın 11-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KMG şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən mərhələli şəkildə nəqlinin həcmlərinin artırılması dair saziş və Qazaxıstan neftinin alqı-satqısına dair Strateji Əməkdaşlıq Memorandumu imzalanıb.
İkitərəfli sənədləri Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıblar.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026