Gəncə Cihazqayırma Zavodu bu sayğacın istehsalına başlayır

16:49 - 12.03.2024


12 mart, Fineko/abc.az. Gəncə Cihazqayırma Zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticəsinə əsasən, SOCAR rəhbərliyi burada mexaniki qaz sayğaclarının istehsal edilməsi ilə bağlı qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, “Azəriqaz” İB-lə Gəncə Cihazqayırma Zavodu arasında yerli mexaniki qaz sayğaclarının istehsalına başlamaq üçün əməkdaşlıq haqqında memorandum imzalanıb. Əldə olunan razılığa əsasən, Gəncə Cihazqayırma Zavodu birinci il 200 min ədəd, növbəti illərdə isə 400 min ədəd sayğac istehsal edəcək.

Bununla əlaqədar olaraq, zavoda əlavə texnoloji avadanlıq alınıb, sahəsi 1000 kvadratmetrdən çox olan istehsal kompleksi inşa edilib.