Gürcüstana ən çox investisiya qoyan ölkələr – SİYAHI

10:07 - 12.03.2024


12 mart, Fineko/abc.az. 2023-cü ildə Gürcüstana birbaşa xarici investisiyaların həcmi 2022-ci illə müqayisədə 24% azalıb.

ABC.AZ xəbər verir ki, ümumilikdə ölkəyə 1.6 milyard dollar sərmayə qoyulub.

Ən çox investisiyanın gəldiyi ilk 5 ölkə aşağıdakılardır:

Böyük Britaniya – 392 milyon dollar

Niderland – 360,5 milyon dollar

Türkiyə – 168,8 milyon dollar

ABŞ – 153,5 milyon dollar

Rusiya – 87,6 milyon dollar