14:23 - 11.03.2024
11 mart, Fineko/abc.az. Ələt-Bakı-Ələt sürət qatarı mütləq lazımdır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu deputat Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Nazirlər Kabinetinə bununla bağlı müraciət edilib:
“Cavab belə oldu ki, bu məsələyə Bakı ətrafı ərazilərə stansiyalar tikiləndə baxılacaq. Amma bu istiqamətdə infrastruktur hazırdır. Buzovnaya infrastruktur çəkilməlidir, amma Ələtə bu xətt var”.