“28 May” stansiyasının qarşısında avtomobil saxlamağa qadağa qoyuldu

11:33 - 11.03.2024


11 mart, Fineko/abc.az. Sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişinə qadağa qoyulacaq

Sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişinə qadağa qoyulacaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, parklanma sahəsində də müvafiq tədbirlər görüləcək. "Çünki bu, şəhərdə səliqəlilik yaratmaq, pozuntuların qarşısını almaq üçün çox vacibdir"-deyə A.Rzayev qeyd edib.

Onun sözlərinə görə, şəhərdəki parklar arasında kompleks əlaqəlilik istiqamətində də müəyyən işlər görülür.