Bakıda il ərzində nəqliyyat vasitələri ilə 2 milyard səfər edilib

11:00 - 11.03.2024


11 mart, Fineko/abc.az. Bakıda il ərzində nəqliyyat vasitələri ilə səfərlərin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib ki, bir il ərzində Bakıda təxminən 2 milyard səfər edilib.  

O qeyd edib ki, bu səfərlərin 52 faizi fərdi avtomobillərin və taksilərin payına düşür: “Bu səfərlərin yalnız 28 faizi ictimai nəqliyyatın payına düşür. 2025-ci ilin sonuna qədər ictimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub”.