15:08 - 7.03.2024
7 mart, Fineko/abc.az. Dubay Beynəlxalq Hava Limanı dünyanın ən dəbdəbəli hava limanları siyahısında liderdir. Araşdırmada ümumilikdə 1800 hava limanı iştirak edib.
ABC.AZ xəbər verir ki, Dubay hava limanı 100 xaldan 83 xal toplaylb, o cümlədən səyahətçilərə eksklüziv istirahət təklif edən 30-dan çox lüks gözləmə zalı sayəsində.
Reytinqdə daha sonra Londonun Hitrou hava limanı gəlir — o, 82 xalla liderə yaxınlaşıb. Üçüncü yerdə Dohada 73 xalla Həməd beynəlxalq hava limanı qərarlaşıb.
12 Avqust 2026