“Tesla” səhmləri bu səbəbdəb 7.16 faiz ucuzlaşıb

16:22 - 5.03.2024


5 mart, Fineko/abc.az. “Tesla” səhmləri Çindəki zavoddan elektrik avtomobillərinin tədarükü ilə bağlı məlumatların dərcindən sonra martın 4-də “Nasdaq” birjasında ticarət zamanı 7.16% ucuzlaşıb. Ticarətin sonuna qədər “Tesla” səhmləri 188.14 dollara olub; premarketdə onlar daha 2.5% dəyər itirib.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg”in dərc etdiyi məqalədə qeyd edilib. Sözügedən məqalədə qeyd edilib ki, Şanxay zavodundan “Tesla” tədarükləri 2022-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. Agentliyə görə, “Tesla” fevral ayında Çin zavodundan 60 365 avtomobil göndərib ki, bu da yanvar ayı ilə müqayisədə 16%, illik müqayisədə isə 19% azdır.

Təchizatların azalması Çin Yeni ili zamanı avtomobil satışlarının yavaşlaması və Çinin dünyanın ən böyük elektrik avtomobil bazarında qiymət rəqabəti ilə bağlıdır. Bir çox başqa ölkələrdə olduğu kimi Çində də bazar artımı yavaşlayır. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə artım 36%, 2022-ci ildə 96% olub.