10:22 - 5.03.2024
5 mart, Fineko/abc.az. Twitter -in keçmiş rəhbəri Paraq Aqraval, keçmiş maliyyə direktoru Ned Siqal, hüquq və siyasi məsələlər üzrə keçmiş direktor Vijaya Gadde və keçmiş hüquq məsləhətçisi Şon Edgett sosial şəbəkənin sahibi İlon Maska qarşı 128 milyon dollardan çox məbləğdə ödənilməmiş işdən çıxma haqqının geri alınması ilə bağlı iddia qaldırıblar. Onlar, servisin satın aldıqdan dərhal sonra işdən çıxarıldıqlarını iddia edirlər.
ABC.AZ xəbər verir ki, iddiada deyilir ki, sahibkar "onları yanlış davranışda günahlandırdı" və şirkətdən ayrılmağa məcbur etdi. Bundan əvvəl top menecerlər Maskı məhkəməyə vermişdirlər.
“Twitter Inc.” şirkəti 2006-cı ildə yaradılmışdır. İlon Mask onu 2022-ci ilin payızında alıb. Əqd 44 milyard dollar dəyərində qiymətləndirilib.