18:09 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Ukrayna tez-tez Polşa üzərindən tranzit olaraq keyfiyyətsiz taxıl göndərir, daha sonra həmin taxıl Avropa adı altında ölkəyə qayıdır.
Bunun qarşısını almaq üçün Varşava Ukraynadan gələn bütün taxılları yoxlamaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə Polşa kənd təsərrüfatı nazirinin müavini Mixal Kolodzeyçak bildirib.
Fermerlərin Ukraynadan taxıl və digər məhsulların idxalına qarşı ümumPolşa etirazı cümə günü ölkə daxilində başlamışdı. Onlar, sərhəddəki keçid məntəqələrinə keçidi bağlayırlar.
Bundan əvvəl etiraz edən polyaklar Doroxuskda sərhəd keçidindəki magistral yolunda Ukrayna yük maşınlarından taxılı yerə tökmüşdülər, həmçinin daşıyıcılarının yük maşınlarına yumurta da atırlar.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026