15:12 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Ötən il ərzində Azərbaycanda “Facebook”dan istifadə edənlərin sayı ilə bağlı statistika açıqlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən statistikanı “Statcounter” hazırlayıb.
Məlum olub ki, ötən il Azərbaycanda “Facebook”dan istifadə edənlərin sayı azalıb.
Belə ki, ölkədə ötən il ərzində ən çox may ayında “Facebook”dan istifadədə artım qeydə alınıb.
Ötən ilin mayında ölkədə “Facebook”dan istifadə 31.8 faiz təşkil etsə də, ilin sonunda bu rəqəm 17.34 faiz təşkil edib.
Müəllif: Elmir Murad