16:03 - 6.02.2024
6 fevral, Fineko/abc.az. İqtisadiyyatında kənd təsərrüfatına ən çox yer verən ölkələrin reytinqi hazırlanıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən reytinqi “Global İndex”in araşdırması nəticəsində ərsəyə gəlib.
Məlum olub ki, iqtisadiyyatında kənd təsərrüfatına ən çox yer verən ölkələrin sıralamasında ilk yer Nigeriyaya məxsusdur.
Belə ki, adıçəkilən ölkənin iqtisadiyatının 17,8%-ni kənd təsərrüfatı təşkil edir.
İqtisadiyyatında kənd təsərrüfatına ən çox yer verən ölkələri sizə təqdim edirik:
1. Nigeriya: 17,8%
2. Hindistan: 17,4%
3. İndoneziya: 14,3%
4. Tayland: 13,3%
5. İran: 11,2%
6. Argentina: 10%
7. Türkiyə: 8,9%
8. Kolumbiya: 8,9%
9. Çin: 6,9%
10. Braziliya: 5,4%
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026