15:10 - 5.02.2024
5 fevral, Fineko/abc.az. 2023-cü il üzrə ümumilikdə Respublika üzrə 647 min 749 ton ət istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ət istehsalına görə ilk pillədə Siyəzən rayon durur.
Bu rayonda 2023-cü ildə 32 min 780 ton ət istehsal olunub.
Siyəzən rayonundan sonra ikinci yerdə 23 min 275 ton göstərici ilə Bərdə rayonu gəlir. 20 min 153 ton göstərici ilə Şabran rayonu üçüncü yerdədir.
İstehsalın ən az olduğu rayonlar isə Mingəçevir (62 ton) və Gəncə (172) şəhərləridir.