Çinin Kənd Təsərrüfatı Nazirliyi mikrob zülalından yem istehsalını təsdiqləyib

16:35 - 1.02.2024


1 fevral, Fineko/abc.az. Birhüceyrəli mikroorqanizmlərdən FeedKind zülalına əsaslanan balıq və krevet yemi Çinin kənd təsərrüfatı və Kənd İşləri Nazirliyi (MARA) tərəfindən təsdiq edilib.

ABC.AZ xəbər verir ki, “Calysta” şirkəti bildirib ki, krevet, xanıbalığı və qızılbalıq da daxil olmaqla ən populyar balıqçılıq növlərində yemləri sınaqdan keçirib. Tədqiqatlar göstərir ki, FeedKind, krevetlərin erkən ölüm sindromunun törədicisi olan vibriona qarşı immun reaksiyasını aktivləşdirir.

İlk zavod artıq Chongqing-də fəaliyyət göstərir. Şirkət iddia edir ki, zülal metanla qidalanan adi mikroorqanizmlər tərəfindən istehsal olunur.