Son 11 ayda Azərbaycanda 1 milyon tondan çox kartof yığılıb

14:53 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında 49 475.5 ha əkin sahəsinin 49 448.5 ha sahəsindən kartof yığılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında öz əksini tapıb. Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 5 327,2 ha və ya 9,7% azdır. Yığım sahəsi, əkin sahəsinin 99,9%-ni təşkil edib.

Keçən iln müvafiq dövründə isə 54 775 ha sahədən kartof yığılmışdı. Hesabat dövründə əkin sahələrindən kartof kütləsi 995 916,4  ton təşkil edib ki, bu da illik müqayisədə 56 340,9 ton və ya 5,4% azdır. 2022-ci ilin yanvar-noyabr aylarında ümumilikdə 1 052 257  ton kartof yığılmışdı. Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 201,4 sentner təşkil edib ki, bu da son bir ildə 9,3 sentner, yaxud 4,8% azdır.

2022-ci ilin 11 ayında məhsuldarlıq hər hektar üçün 192,1 sentner təşkil edib.