Azərbaycanda əkin sahələrindən yığılan tərəvəz bu qədər təşkil edib

14:37 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında 61 227,5 ha əkin sahəsinin bütün sahəsindən tərəvəz yığılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, yığım sahəsi, əkin sahəsinin 100%-ni təşkil edib.

Hesabat dövründə əkin sahələrindən yığılmış tərəvəzin kütləsi 1 812 834,6 ton təşkil edib ki, bu da illik müqayisədə 2 589,3 ton və ya 0,1% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında ümumilikdə 1 milyon 810 min 245,3 ton tərəvəz yığılmışdı.

Hər hektar sahədən yığılmış tərəvəzin kütləsi isə 296,1  sentner təşkil edib ki, bu da son bir ildə 69,1 sentner, yaxud 30,4% çoxdur.