14:14 - 29.12.2023
29 dekabr, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar artıb və ödənişlər azalıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 147 milyon 793 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 milyon 573 min manat və ya 45% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 102 milyon 220 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 89 milyon 637 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 345 min manat və ya 8,9% çoxdur.
Əvvəlki ilin eyni dövründə 82 milyon 292 min manat sığorta ödənişləri edilmişdi.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026