11:12 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması çərçivəsində "e-rüsum" altsistemi üzrə 125 245 elektron bildiriş və 115 370 elektron qəbz formalaşdırılıb.
Maliyyə Nazirliyinin məlumatına görə, sistem üzərindən ödənilmiş dövlət rüsumlarının ümumi məbləği 52,662 milyon manat təşkil edib.
Ölkə Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkib hissəsi olan bu altsistem "e-bildiriş"lərin təqdim olunmasını, rüsumlar haqqında məlumatların real vaxt rejimində əldə edilməsini, artıq və ya səhv ödənilmiş vəsaitlərlə bağlı müraciətlərin elektron idarə olunmasını və büdcəyə daxilolmalara nəzarəti təmin edir.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026