15:34 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar artıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 533 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 949 min manat və ya 26% çoxdur.
Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 585 min manat təşkil edib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026