12:20 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. “Asko Holding” qrupuna daxil olan Türkiyəyə məxsus kənd təsərrüfatı texnikası istehsalçısı “Basak Traktor”, Kanada kənd təsərrüfatı maşınqayırma qrupu “Buhler Industries Inc”in səhmlərinin 97%-ni Rusiyanın “Rostselmash” şirkətindən 60,5 milyon Kanada dollarına (45,5 milyon dollar) almağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, qeyd olunur ki, Basak Traktor “Rostselmash”a məxsus bütün səhmləri alacaq.
Məlumata görə, biznein yeni sahibi satışın ümumi məbləğindən təxminən 27,9 milyon dollarını səhmlərə (hər biri üçün 1,15 dollar), 4,1 milyon dolları əməliyyat xərclərinə, qalan hissəsi isə “Buhler Industries” faizləri ilə borcun alış qiymətinə ödəyəcəkdir.
8 Avqust 2026
8 Avqust 2026