Gürcüstanın 72 faiz qaz təminatı Azərbaycanın hesabına təmin edilir

11:21 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 279 057,09 min ABŞ dolları dəyərində 1 558 505,37 ton qaz idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika İdarəsinin hesabatında əksini tapıb. Hesabatda sözügedən dövrdə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 19 414,6 min dollar və ya 6,5%, həcmi isə 64 477,09 ton və ya 3,97% azalıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 11 ayı ərzində Gürcüstan Azərbaycandan 298 471,69 min dollar dəyərində 1 622 982,46 ton qaz idxal edib.

Qeyd edək ki, sözügedən dövrdə Azərbaycan Gürcüstanın ümumi qaz tələbatının 71,88%-ni tədarük edib.