10:34 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. Almaniyanın “Bosch” şirkəti Rusiyadakı bölməsində qalan satış menecerlərini işdən çıxarıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətin Rusiya bölməsi buradakı zavodları Türkiyə investisiya fonduna sata bilər.
Belə ki, artıq belə planın olması ilə bağlı söhbətlər dolaşır. Sözügedən zavodu Türkiyənin “Can Holding” tərəfindən alınması ehtimalı var. Qeyd olunur ki, türk şirkəti daha çox pul təklif etdiyi üçün Çinin “Hisense” şirkəti danışıqlardan çıxıb.
Bazar iştirakçıları hesab edirlər ki, “Can Holding” Rusiyadakı “Bosch” müəssisələrində təkcə öz brendlərin deyil, həm də üçüncü tərəf markaların avadanlığının istehsalına başlayacaq. Onların fikrincə, “Can Holding” avropalı istehsalçıların Çin oyunçularına ehtiyatlı münasibəti və türk istehsalçılarına texnoloji yaxınlığı səbəbindən seçilib.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026